Türkiyədə yeni növ koronavirusdan (Covid-19) martın 7-də 132 nəfər dünyasını dəyişib.
SİA-nın əldə etdiyi məlumata görə, bir gündə 371 min 684 test edilib. Gündəlik yoluxma sayı 34.343-dür.
Son 24 saatda sağalanların sayı 68.815.-dir.
Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 146 milyon 48 min 178-ə yüksəlib.