Martın 9-u İngiltərənin "Mançester Siti" ilə Portuqaliyanın "Sportinq Lissabon" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının son 16 turunun ikinci matçını FIFA lisenziyalı referisi Halil Umut Meler idarə edəcək. SİA-nın xarici mətbuata istonadən verdiyi xəbərə görə, Etihad Stadionunda TSİ 23.00-da başlayacaq qarşılaşmada Melerin köməkçiləri Mustafa Emre Eyisoy və İbrahim Çağlar Uyarcan olacaq. Matçın dördüncü hakimi isə Arda Kardeşlər olacaq.