Demokratiyadan dərs vermək istəyənlər özləri cinayətlər törədirlər - DEPUTAT ŞƏRH ETDİ

7 Mart 2022 12:21 (UTC+04:00)

“1990-cı illərin əvvəlində Azərbaycanın daxilində hərc-mərclik, dərin böhran, özbaşnalıq hökm sürürdü. Xaricdən isə ərazi bütövlüyümüzə qarşı edilən təcavüzlər Azərbaycanı yox olma təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir çətin şəraitdə Azərbaycanı bu böhrandan çıxarmaq, məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan dövlətimizi xilas etmək üçün yeni bir partiyanın yaranması tarixi zərurətə çevrilmişdir. Bu məqsədlə, 91 nəfər Azərbaycan ziyalısının imzası ilə xalqın arzu və istəklərinin ifadə olunduğu müraciət Naxçıvana, Ulu Öndər Heydər Əliyevə göndərildi. Beləliklə Ulu Öndər Heydər Əliyevin sədrliyi və 550 nəfərlik təşəbbüs heyyətinin iştirakı ilə 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsi qəbul edildi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçildi: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ətrafında yaranan, fəaliyyəti ölkəmizdə siyasi sabitliyin təmin olunmasına xidmət edən, Yeni Azərbaycan Partiyası, qısa müddət ərzində inkişaf edərək ümumxalq partiyaya çevrildi. Azərbaycan tarixinin ən keşməkeşli və ağır dövründə fəaliyyətə başlayan Yeni Azərbaycan Partiyası fəaliyyəti dövründə siyasi sabitliyimizin qarantına çevrilmişdir.

VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iclasda iştirak etmişdir və İslahatlar siyasətinin davamı kimi, növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi kimi, islahatları dərinləşdirmək lazım olduğunu və vaxt itirmədən Milli Məclisin yeni tərkibdə işini təşkil etməkdir demişdir”.

Deputat sözlərinə belə davam edib: “Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat verib. Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazır olduğunu bildirdi. Verilmiş bu qiymət, əslində, seçkilərin tanınması demək idi və seçkilərin nəticələrinə dair verilmiş obyektiv beynəlxalq qiymət idi.

Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşmışdır. Bu gün Milli Məclis çoxpartiyalı bir məclisdir. Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olmalıdır. Bütün siyasi qüvvələr seçkilərdə iştirak etmişlər və müxalifət partiyalarının nümayəndələri VI çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.

Təbii ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməzdi və Prezident Administrasiyasının nümayəndələri bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirərək, genişmiqyaslı islahatlar dövründə siyasi islahatların da mütləq aparılmasını həyata keçirirdi.

Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılıb. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurularaq, çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün də lazım olan bütün alətlər spektri mövcuddur.

Bu gün ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Kadr islahatları aparılır. Bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərə bütün xalqımızı hiddətləndirirdi və bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında yenilənməlidir olunacaq.

İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verməli, deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir.

Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. Belə ki, iqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməli, milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır.

Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur.
Azərbaycanda gənclər siyasətinə böyük diqqət var. Belə ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər.

Ölkə xaricində anti-Azərbaycan qüvvələri yaratmaq istəyən yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Çünki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Yeni beşinci kolonun axtarışı gedir. Bu yol xəyanət yoludur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir.

Seçilən deputatlar öz işini düzgün istiqamətdə aparmalı və düzgün qurmalıdırlar. Deputatlar seçildikləri dairələrdə fəal olmalı və seçicilərlə daim təmasda olmalıdırlar. Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalı və aparılan islahatların da mahiyyətinə uymalıdırlar.

Beynəlxalq fəaliyyətin səmərəliliyi də durmadan artırılmalıdır. Ölkə Rəhbərinin hər zaman qeyd etdiyi kimi, O təşkilatlarda ki, bizə qarşı əsassız yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq. Onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmalıyıq. Demokratiyadan dərs vermək istəyənlər özləri cinayətlər törədirlər. Avropanın dırnaqarası demokratiya beşiyi sayılan ölkələrdə xalqın gözü qarşısında, dünyanın gözü qarşısında dinc nümayişçiləri vururlar, əzirlər, gözlərini çıxarırlar, öldürürlər, həbs edirlər, yalan vədlər verərək, dediklərini yerinə yetirmirlər. Jurnalistləri əsassız ittihamlarla həbs edirlər.

Parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolu artmalıdır. Hökumət üzvləri də xalqla daha sıx təmasda olmalıdırlar, parlament də daim ünsiyyətdə olmalıdır. Bu təcrübə, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq. Məsuliyyət ən vacib məsələlərdən biridir.

Bu gün, Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənməlidir. Dünyəvilik prinsipləri daha geniş bərqərar olmalıdır. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır. Parlamentin rolu burada çox vacib və önəmlidir.

Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Əldə etdiyimiz ən böyük uğurlardan biri siyasi sabitlikdir. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir. Bu gün həm təhlükəsizlik, həm də sabitlik təmin edilir.

Türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan çox önəmli rol oynayır. Avropa İttifaqına üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədləri vardır. Bu da Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsidir. Qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər var. Müsəlman aləmində böyük nüfuzumuz var. Azərbaycanın siyasəti situativ deyil, uğurlu xarici siyasətdir.

Biz bu gün Yeni Azərbaycan Partiyası ətrafında, Ölkə Başçımızın ətrafında sıx birləşməliyik! Biz liderimizə inanır, onunla fəxr edirik.

Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası vətənpərvər, intellektual, savadlı gəncləri özündə birləşdirən güclü siyasi bir partiyadır. Cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə yetişmiş gənclər Vətən müharibəsində böyük fədakarlıq göstərərək, öz canlarından-qanlarından keçdi, şəhid, qazi oldu və tarixi ədaləti bərpa etdilər.
Əminik ki, bu günə qədər öz missiyasını uğurla həyata keçirən, qarşıya qoyduğu məqsədlərə nail olan, qələbələr partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası bundan sonra da Cənab Prezident İlham Əliyevin rəhbərliyi altından böyük uğurlara və qələbələrə imza atacaqdır”.

Ayşən Vəli