ABŞ alimlərinin yeni araşdırması nəticəsində məlum olub ki, tez-tez işlədilən “sağlam həyat üçün 10 min addım” ifadəsi doğru deyil. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, araşdırmanın nəticələri onu göstərdi ki, sağlam addımların sayı yaşa görə dəyişir. Tədqiqata görə, 60 və daha yuxarı yaşlı insanlar üçün tələb olunan maksimum addım sayı 6000-8000, yeniyetmələr üçün isə 8000-10000 addımdır.
Massaçusets Universitetinin müəllimi Amanda Palukun sözlərinə görə, "Müəyyən yaş qrupları üçün bu qədər addımın atılması ölüm riskini artıra bilər". Palukunun fikirlərinə əsasən addımların sayı artdıqca ölüm riskinin azalması kimi bir şey yoxdur.