Zelenski ölsə nə olacaq? - ABŞ-dan diqqətçəkən açıqlama

7 Mart 2022 11:33 (UTC+04:00)

ABŞ dövlət katibi Antoni Blinken bəyan edib ki, Ukrayna prezidenti Vladimir Zelenski öldürülərsə, ukraynalıların hökumətin davamlılığı ilə bağlı planı var. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, Ukrayna-Rusiya müharibəsi ilə bağlı açıqlamalar verib.

Ukrayna üzərində uçuşa qadağa zonası və Polşadan Ukraynaya göndərilməsi planlaşdırılan döyüş təyyarələri haqqında danışan Blinken, “Həmişə olduğu kimi, mən NATO-dakı müttəfiqlərimiz və tərəfdaşlarımızla, Avropa İttifaqı, G7 ölkələri ilə sıx əməkdaşlıq edirəm və birlikdə Rusiyaya təzyiqi artırmaq üçün addımlar atmağa davam edirik” deyib.

Ayşən Vəli