“Yuxu pozuntusu birbaşa sinir sistemi ilə əlaqədardır. Yuxu problemləri xüsusilə əsəb, depresiyya, gündəlik problemlərlə əlaqədar ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova bildirib.

Onun sözlərinə görə, depresiyya hər insanda özünü başqa formada büruzə verir: “Buna görə də kimsə depresiyya yaşayırsa həddindən artıq çox yata bilər, yaxud da tam əksinə başqa bir qrup insan isə ümumiyyətlə yata bilməz. Yuxu ritminin pozulması insanlarda əsəb pozğunluğuna da yol açır. Üz dərisinin rənginə və dərinin keyfiyyətinin pisləşməsinə səbəb olur.
Yuxu pozğunluğu yaşayan insanların özləri ilə yanaşı yaxınları da bundan əziyyət çəkir. Çünki çox həssas bir insana çevrilirlər.
Yuxu pozuntusu olan insanlara təmiz havada daha çox gəzmək məsləhət görülür. Eyni zamanda idmanla məşğul olmaq da bu problemin həllinə kömək göstərə bilər. Lakin hər bir halda əgər bu proses artıq ciddi bir hal alıbsa, bu zaman mütləq həkim yoxlanışından keçmək və müalicə olunmaq lazımdır”.
Səbinə Hüseynli