Diqqətli bir “TikTok” istifadəçisi ABŞ-da bir çox oğurluq cinayətlərində iştirak edən çəhrayı saçlı şübhəlini müəyyən edib. SİA xarici mətbuata istinadən bildirir ki, ABŞ-ın Miçiqan ştatında törədilən dörd silahlı soyğunda oğrunun eyni şəxs olduğu müəyyən edilib. İki “fast-food” restoranını, yanacaqdoldurma məntəqəsini və tütünçünü soyan oğrunun kameralara əks olunan çəhrayı saçları, köynəyi və qırmızı zolaqlı idman ayaqqabısı onu ələ verib.
Diqqətli "TikTok" istifadəçisi oğrunu tapıb və dərhal polisə xəbər verib. “TikTok”-da "ChozenWorld" adlı səhifədə rəqs edərək fenomenə çevrilən 22 yaşlı Çozen Terrell-Hannah eyni ayaqqabı və paltarı geyinməyə davam edib. Tutulan oğru bütün cinayətlərini etiraf edib.