Distillə edilmiş suyu içmək zərərli ola bilər

7 Mart 2022 07:56 (UTC+04:00)

"Çox vaxt distillə edilmiş su içmək sağlamlıq üçün təhlükəli ola bilər".

SİA bu barədə "ren.tv"-yə istinad edir

Qeyd edək ki, bunu “MedicForum” informasiya portalına həkim-qastroenteroloq Aleksandra Yakovleva deyib.

Onun sözlərinə görə, tərkibində mineral duzlar olmadığı üçün belə su içmək təhlükəlidir. Belə ki, bu zaman turşu-qələvi balansı pozula bilər. Həmçinin, digər mümkün nəticələrlə yanaşı, maddələrin balanssızlığı, osteoporoz və vitamin və ya mineral çatışmazlığı baş verə bilər.

"Belə su orqanizmdən duzları, mineralları, kalsium, fosfor, kalium, dəmir və misi yuya bilər. Bu baxımdan böyrəklər, diş minası, ürəyin əzələ toxuması, sümük toxuması əziyyət çəkə bilər".

Xatırladaq ki, bir n\müddət bundn əvvəl başqa bir həkim qastroenteroloq ağız qoxusunun hansı xəstəliklərdən iyi gəldiyini bildirmişdi.

Nazlı Babayeva