İtaliyada indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 13 milyonu keçib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, İtaliya Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində ölkədə koronavirusa yoluxanların sayı 35 min 57 nəfər artaraq ümumilikdə 13 milyon 26 min 112-yə yüksəlib. COVID-19-un qurbanlarının sayı isə 105 nəfər artaraq 155 min 877-yə çatıb.
Hazırda ölkədə 1 milyon 16 min 341 aktiv koronavirus xəstəsi var. Reanimasiya şöbəsində olan xəstələrin sayı 603 nəfərdir.
Pandemiya dövründə İtaliyada 11 milyon 853 min 884 nəfər virusdan sağalıb.