"Avroviziya-2022"də ifa ediləcək mahnı seçilib

7 Mart 2022 02:48 (UTC+04:00)

Azərbaycanı "Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək Nadir Rüstəmlinin ifa edəcəyi mahnı seçilib.

SİA Trend-ə istinadən xəbər verir ki, bu barədə ifaçı öz "Instagram" səhifəsində bildirib.

"Ən çox sizinlə paylaşmaq istədiyim xəbəri nəhayət paylaşıram - MAHNIMIZ SEÇİLİB! Hətta onu artıq studiyada da yazmışıq!", - N. Rüstəmli bildirib.

Qeyd edək ki, "Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsi İtaliyanın Turin şəhərində keçiriləcək. Yarımfinallar mayın 10 və 12-də, final isə mayın 14-də baş tutacaq.