Azadlıq Radiosu Rusiyada fəaliyyətini dayandırdı

6 Mart 2022 10:01 (UTC+04:00)

"Azad Avropa/Azadlıq Radiosu" radio stansiyası Rusiya ərazisində fəaliyyətini dayandırır.

SİA-nın məlumatına görə, bu barədə radio stansiyanın mətbuat xidməti bildirib.

Qeyd olunub ki, martın 4-də yerli vergi orqanları radionun Rusiya filialını müflis elan etdikdən, sonra "Azad Avropa/Azadlıq Radiosu" Rusiyadakı fəaliyyətini dayandırıb.