Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

6 Mart 2022 01:28 (UTC+04:00)

Türkiyədə yeni tip koronavirusdan (Covid-19) martın 5-də 174 nəfər dünyasını dəyişib.

Bir gündə 360 min 353 test edilib. Gündəlik yoluxma sayı 32.389-dür.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, son 24 saatda sağalanların sayı 57.894-dür.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 145 milyon 972 min 393-ə yüksəlib.