Qürur duyuram və həyəcanlıyam

5 Mart 2022 20:29 (UTC+04:00)

Türk aktrisa Başak Gümülcinelioğlu və həmkarı Gökçe Ayyıldız həmkarları Aydan Taşın təşkil etdiyi "Gələcəyin Güclü Qadınları" layihəsi çərçivəsində podiuma çıxacaqlar. SİA xarici mətbuata istinadən xəbər verir ki, onlar kollec qızlarının təhsilinə dəstək olmaq üçün modellik edəcəklər.

Başak, "Həyatımın ən mənalı günü olacaq, çox xoşbəxtəm" deyib.

Gökçe isə “Qürur duyuram və həyəcanlıyam” söyləyib.

Ayşən Vəli