Bu gün DİM tərəfindən buraxılış imtahanı keçirilib

5 Mart 2022 15:54 (UTC+04:00)

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinəəsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasınadaxil olmasına icazə verilib. İmtahan heyəti müvafiqqoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub. Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, imtahan 15 şəhər və rayonda keçirilib.

İmtahanın təşkil edilməsi üçün ümumilikdə 105 imtahanbinası, 1757 imtahan zalı ayrılıb. İmtahanın idarə olunmasına105 ümumi imtahan rəhbəri, 282 imtahan rəhbəri, 2178 nəzarətçi–müəllim, 214 buraxılışı təşkil edən əməkdaş(mühafizə), 105 bina nümayəndəsi ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınmasıməqsədilə imtahan iştirakçıları üçün imtahan binasınamüxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahankeçirilən binaların qarşısında sırada gözləmək üçünnişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılışrejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkiledilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçəbilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, 4 şagirddə mobil telefonaşkarlandığı üçün imtahandan xaric edilib.

Bundan başqa, 1 imtahan nəzarətçisində mobil telefonaşkar edildiyi üçün, digər 1 nəzarətçi isə köçürməyə şəraityaratdığı üçün imtahandan kənarlaşdırılıb. Qeyd olunanhallar araşdırılır və həmin nəzarətçi-müəllimlərlə bağlı TəhsilNazirliyinə müraciət olunacaq.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləriqaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədinsurəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığıüçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyənşagirdlər də olub.

Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir dahaxatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahanagələrkən buraxılış vərəqəsini, imtahan iştirakçısınınsağlamlığı haqqında bəyannaməni, şəxsiyyəti təsdiq edənsənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmişvə fotoşəkilləri yapışdırılmış arayışı gətirməyi unutmasınlar.

Martın 6-dan etibarən DİM-də imtahan protokollarınınvə cavab vərəqləri, kartlarının emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıqtipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindənnəticələrin aprelin 1-dək elan olunması nəzərdə tutulur.