İşğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində əlimizdən gələni edirik

5 Mart 2022 15:06 (UTC+04:00)

"Azərbaycanda olmaqdan məmnunluq duyuram. Xocalıda həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirəm”. SİA-nın verdiyi məlumata görə bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

“Şuşa Bəyannaməsi parlamentlərimiz tərəfindən təsdiq edilib. Biz bəyannamə ilə tarixi bir addım atdıq. Sənəddə bir sıra vacib məqamlar var“ - deyə, XİN başçısı vurğulayıb.

Onun sözlərinə görə, iki ölkə arasında sərbəst ticarət anlaşmasının başlaması önəmlidir: "Bu istiqamətdə çalışmağa davam edirik. İşğaldan azad edilən ərazilərin inkişafı ilə bağlı da əlimizdən gələn dəstəyi veririk".