Rusiyanın Ukraynaya hücumlarından sonra İngiltərədə sanksiyaya məruz qalan "Çelsi"nin sahibi, rusiyalı milyarder Roman Abramoviç klubu satmaq qərarına gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı Abramoviçə ilk təklifi edən türkiyəli iş adamı Muhsin Bayraq olub.
Londonda sərmayələri olan türk iş adamı Muhsin Bayraq Abramoviçin satışa çıxardığı Premyer Liqa klubu “Çelsi”ni almağı təklifi edib. Mövzu ilə bağlı açıqlama verən Bayrak, "Roman Abramoviçin vəkilləri ilə "Çelsi"nin satın alınması şərtlərini müzakirə edirik. İmzalar üçün danışıqlar mərhələsindəyik. Tezliklə Londonda Türk bayrağını dalğalandıracağıq" dedi.
"Çelsi"nin sahibi rus milyarder Roman Abramoviçlə danışıqlar apardığını söyləyən Muhsin Bayrak, "Təklifimizi etdik. Rusiya və Ukrayna müharibəsi olduğu üçün Türkiyəni etibarlı hesab etdikləri üçün satışdan sonra pulun böyük bir hissəsini burada almaq istəyirlər".
Ləman Əlizadə