Bakıda kişi həyat yoldaşını bıçaqlayıb

5 Mart 2022 03:54 (UTC+04:00)

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

SIA xəbər verir ki, hadisə Qobu park yaşayış sahəsində baş verib.

Belə ki, Ağdam rayon sakini 1992-ci il təvəllüdlü Ağayeva Minayə Fəğani qızı yaşadığı evdə əri ilə mübahisə zamanı bıçaqlanıb. O, bədənin müxtəlif sahələrinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.