Türkiyədə yeni tip koronavirusdan (Covid-19) martın 4-də 180 nəfər dünyasını dəyişib.
SİA-nın əldə etdiyi məlumata görə, bir gündə 365 min 614 test edilib. Gündəlik yoluxma sayı 38.283-dür.
Son 24 saatda sağalanların sayı 63.311-dür.
Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 145 milyon 943 min 346-ya yüksəlib.