Kalın ABŞ dövlət katibinin müavini ilə Ukraynanı müzakirə edib

5 Mart 2022 00:22 (UTC+04:00)

Türkiyə Prezidentin sözçüsü İbrahim Kalın və ABŞ dövlət katibinin müavini Vendi Şerman arasında Ankarada görüş baş tutub.

SİA-nın əldə etdiyi məlumata görə, görüş zamanı tərəflər Ukraynadakı müharibənin tez bir zamanda sona çatmasının lazım olduğunu vurğulayıb.

Bundan əlavə, Kalın və Şerman Ukrayna-Rusiya arasında aparılan danışıqların nəticə verməsi üçün birgə səylərin artırılmasını razılaşdırılıb.