“İdman həftəsi” çərçivəsində keçirilən voleybol turnirinə bu gün yekun vurulub. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Voleybol Federasiyasının (AVF) idman zalında təşkil olunan yarışın sonuncu günü öncə 3-cü yerin sahibi bəlli olub. "Media" və "GİN" komandaları arasında baş tutan matçda birincilər 2:0 (25:22, 25:20) hesabı ilə qalib gəliblər.
Ardınca qalib adı uğrunda "Veteranlar" "Bakı" ilə görüşüb. Bu matçda da 2:0 (25:8, 25:7) hesabı qeydə alınıb. Rəqibini məğlub edən “Veteranlar” turniri birinci yerdə başa vurublar.
Finalı Azərbaycan gənclər və idman nazirinin müavini Mariana Vasileva izləyib və yarışın bağlanış mərasimində qalibləri təbrik edib. Daha sonra nazir müavini və AVF-in baş katibi Fərid Xəlilov mükafatçılara medal və diplomlar veriblər.