"Qadın gülərsə..." adlı tədbir keçirilib - FOTOLAR

4 Mart 2022 20:05 (UTC+04:00)

Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Dram Teatrında 8 Mart- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Qadın gülərsə..." adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də iştirak edib. O, çıxışı zamanı bütün xanımları təbrik edib. Tədbirin açılışında Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışı olub.