Pekin 2022 Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib

4 Mart 2022 17:14 (UTC+04:00)

Pekin 2022 XIII Qış Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, paradda Azərbaycan nümayəndə heyətinin missiya rəhbəri Rauf Mürsəlov, nümayəndə heyətinin üzvü Azər Tapdıqov və qış idman növləri üzrə baş məşqçi Məhəmməd İsmayılov iştirak etmişdir.

Pekin 2022 XIII Qış Paralimpiya Oyunlarında ölkəmizi Mehman Ramazanzadə təmsil edəcək. O, martın 9-u kross-kantri növünün sprint kateqoriyasında iştirak edəcəkdir.