AAAF-nin rəhbər heyəti gənc atletlərlə görüşüb - FOTOLAR

4 Mart 2022 13:16 (UTC+04:00)

Azərbaycan Ağır Atletika Federasiyasının rəhbər heyəti Qazax rayonunda gənc atletlərlə görüşüb. SİA-nın verdiyi məlumata görə, o müxtəlif kəndlərdən olan idmançıların məşq prosesini izləyib, məşqçilərlə müxtəlif yaş qrupları üzrə yarışlara hazırlıq səviyyəsini müzakirə ediblər. Görüşlərdə atletlərin məşq etdiyi zalların vəziyyəti, idmançıların hazırlıq səviyyələrinin artırılması üçün görüləcək işlər, ağır atletika idman növünün mövcud potensialı və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.