Rusiyada bir neçə saatdır “Facebook” sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.
SIA-nın "Downdetector" portalına istinadən verdiyi məlumata görə, istifadəçilər şəbəkənin işində problem olduğunu qeyd edirlər. Serverə qoşulmada və yazışmalarda ləngimələr müşahidə olunur.
Ən çox şikayət Moskva, Peterburq, Samara və Krasnodarda qeydə alınıb.