Pentaqon Rusiyaya Müdafiə Nazirliyi ilə birbaşa əlaqə xəttinin yaradır

4 Mart 2022 01:15 (UTC+04:00)

Pentaqondan (ABŞ Müdafiə Nazirliyi) bildirilib ki, müxtəlif münaqişə və insidentlərin qarşısını almaq üçün Rusiya Müdafiə Nazirliyi ilə birbaşa əlaqə xətti yaradılır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABŞ hərbi departamentinin yüksək rütbəli nümayəndəsinə istinadən "Reuters" agentliyi xəbər verib.

"Martın 1-də Müdafiə Nazirliyi səhv hesablamaların, hərbi insidentlərin və gərginliyin artmasının qarşısını almaq üçün Rusiya Müdafiə Nazirliyi ilə münaqişələrin həlli üçün xətt yaradır", - deyə Pentaqonun nümayəndəsi bildirib.