"Neftçi"nin futbolçusu Latviya klubuna keçib

3 Mart 2022 17:39 (UTC+04:00)

"Neftçi” futbolçusu Asim Əlizadəni icarəyə verib. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin yetirməsi olan 22 yaşlı yarımmüdafiəçi mövsümün sonuna, yəni noyabrın 20-dək Latviyanın “Dauqavpils” klubunda çıxış edəcək.

Qeyd edək ki, “Neftçi-2”nin aparıcı futbolçularından olmuş Əlizadə əsas komandanın heyətində ötən mövsüm 1, bu mövsüm 2 rəsmi oyunda meydana çıxıb. O, U-21 yığmasının da üzvüdür.