Meyitlər üçün soyuducu vaqonlar ayrılıb

3 Mart 2022 15:14 (UTC+04:00)

Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq 498 əsgərin öldürüldüyünü etiraf edib. SİA xarici mətbuata istinadən bildirir ki, Ukrayna qəzeti isə həyatını itirən rus işğalçılarının meyitlərinin daşınması üçün dəmiryolları tərəfindən Silahlı Qüvvələrə soyuducu vaqonlar ayrıldığını yazıb. İşğalın ilk həftəsində əsgərlərin ilk dəfə həlak olduğunu qəbul edən Rusiya açıqlama verib. Rusiya Müdafiə Nazirliyi işğalçı qoşunlarda 498 əsgərin öldürüldüyünü açıqlayıb.

Ukrayna rəsmiləri işğalın ilk həftəsində 6 minə yaxın rus əsgərinin öldürüldüyünü bildirib.