Son dövrlər Şəmkir rayonunun kənd və qəsəbələrində vaksinasiyaya könüllü qatılanların sayında artım müşahidə edilir. SİA-nın bölgə müxbiri mövzu ilə bağlı rayonun Zəyəm qəsəbə xəstəxanası və Şiştəpə kənd həkim məntəqəsində olub. Hər iki tibb ocağında əsasən 3-cü doza vaksin olunmaq üçün gələnlərin sayında artımın olduğu müşahidə edilib. Sakinlər koronavirusa qalib gəlməyin yeganə yolunu vaksin olunmaqda gördüklərini bildirib və hər kəsi peyvənd olunmağa çağırıblar.
Həkimlər səyyar briqadalar tərəfindən yerli kənd və qəsəbə inzibati ərazi dairələrinin nümayəndələri ilə birlikdə yaşı 70-dən yuxarı olan sakinlərin evlərinə gedilərək vaksinasiya işlərinin sürətlə aparıldığını diqqətə çatdırıblar.