Gənc ailələr ipoteka kreditindən niyə istifadə edə bilmir? - İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ

3 Mart 2022 11:57 (UTC+04:00)

"Azərbaycanda gənc ailələrin mənzil təminatının həll edilməsi prioritet məsələlərdəndir. Nəzərə alsaq ki, Güzəştli Mənzil Fondu formalaşıb və kifayət qədər uğurla həyata keçirilir. Gənc ailələr elektron sistemdən istifadə etməklə güzəştli mənzillərə sahib ola bilirlər. Bu da həmin vətəndaşların güzəştli mənzil probleminin həlli baxımından vacibdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert, deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, mənzil əldə etməyin digər yollarından biri də ipoteka kreditləşməsidir: "Qiymətləndirmələr göstərir ki, güzəştli maddi ipoteka məsələsində dəyişikliklərin edilməsi daha məqsədəuyğun olardı. Xüsusən də güzəştli ipoteka kreditlərinin ilkin ödənişin azaldılması və bir sıra hallarda ilkin ödənişə subsidiyanın verilməsi daha yaxşıdır".

Deputat sözlərinə belə davam edib: "Nəzərə alsaq ki, gənc ailələrin bir qismi ilkin ödənişə görə güzəştli ipotekadan istifadə edə bilmirlər. İpoteka kreditləri üzrə faiz dərəcələrinə baxılması və 4 faidən 2 faizə endirilməsi yaxşı olar".

Ayşən Vəli