"Pollective" araşdırma platforması “8 Mart Qadınlar Günü” ilə bağlı araşdırma aparıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 1070 qadın iştirakçı serialda ən güclü qadın obrazları seçib. Bu istehsallarda ilk iki yeri məşhur türk kanalı olan Kanal D serialları tutub.
Məşhur türk serialı olan “Sədaqətsiz”də aktrisa Cansu Dərənin canlandırdığı aldadılan qadın “Asya Yılmaz” birinci, “Yarqı”adlanan serialda isə aktrisa Pınar Dənizin canlandırdığı “Vəkil Ceylin Ergüvan” obrazı ikinci olub. Üçüncü yerdə isə "Kadın" serialında Özge Özpirinççinin canlandırdığı "Bahar Çeşmeli" yer alıb.
Ayşən Vəli