Ukraynada həyatını itirən futbolçu sayı 2-yə yüksəldi

3 Mart 2022 01:39 (UTC+04:00)

Ukraynanın “Karpat” klubunun futbolçusu Vitali Sapilo Rusiya silahlıları ilə döyüşdə həlak olub.

SİA-nın əldə etdiyi məlumata görə, 2-ci divizion təmsilçisinin 21 yaşlı futbolçusu Ukrayna ordusunun tərkibinə tank komandiri kimi qatılıb.

O, Kiyevin müdafiəsi uğrunda gedən döyüşlərdə ağır yaralanıb və daha sonra vəfat edib.

Daha öncə Ukraynanın “Qostomel” komandasının futbolçusu Dmitri Martinenko da yaşadığı bina bombalandığı üçün anası ilə birgə dünyasını dəyişmişdi.