Dəniz məhsullarının bilinməyən faydaları BƏLLİ OLDU - DİETOLOQ AÇIQLADI

2 Mart 2022 12:06 (UTC+04:00)

"Hər bir insan xarakteri fərqli olduğu kimi orqanizmlər də fərqlidir. Hər fəslin isə öz qidalanma sistemi var. Məsələn, meyvələrin tərkibindəki mineral balansı və mikromedlər fəsilə uyğun aktivləşir". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ləman Süleymanova deyib.

Onun sözlərinə görə, payız-qış fəslində tərkibi C vitamini ilə zəngin olan sitrus meyvələrin mənimsənilməsi vacibdir: "Qəbul etdiyimiz qidanın tərkibindəki hər bir maddə çox önəmlidir. İnsan orqanizmi vaxtlı-vaxtında həmin qidalardan o maddələri mənimsəmək xüsusiyyətinə malikdir".

Dietoloq sözlərinə belə davam edib: "Dəniz məhsulları orqanizmə müsbət təsir göstərir. Dietik menyularda dəniz məhsullarına daha çox üstünlük verilir. Çünki, dəniz məhsulları daha asan həzm olunur. Payız və qış fəslində balıq məhsulları, onların tərkibindəki omeqa daha aktiv şəkildə orqanizm tərəfindən mənimsənilir. Orqanizmimiz üçün yağlı yeməklərə nisbətən dəniz məhsullarının tərkibindəki maddələr daha faydalıdır. Bu məhsulların gözə, qan dövranına, arterial təzyiqi yüksək olan insanlara xeyri var. Rahat həzm olunduğu üçün şam yeməklərində də arxayınlıqla dəniz qidalarını yemək mümkündür".

Ayşən Vəli