İtaliyada indiyədək 155 min nəfər koronavirusun qurbanı olub

2 Mart 2022 08:36 (UTC+04:00)

İtaliyada koronavirus qurbanlarının sayı 155 min nəfərə çatıb.

SİA xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ərzində ölkədə COVID-19-un qurbanlarının sayı 233 nəfər artaraq 155 min olub. İndiyədək koronavirus infeksiyasına yoluxanların sayı 46 min 631 nəfər artaraq 12 milyon 829 min 972-yə yüksəlib.

Hazırda ölkədə aktiv koronavirus xəstələrinin sayı 1 milyon 73 min 230, reanimasiya şöbəsində olan xəstələrin sayı isə 708 nəfərdir.