Yenə “Qıdı kirvə” olacaqmı? KÖŞƏ

1 Mart 2022 16:11 (UTC+04:00)

Yazılı və şifahi ədəbiyyatımız da belə bir məsləhət – aforizm yer alır ki, “heç zaman milli faciələri unutma, tarixi dərslərdən nəticə çıxar”. Müsbət hal ondan ibarətdir ki, xalqımız ulularımızdan bizə miras qalan tövsiyələrə, məsləhətlərə əməl etməyə çalışır. Xüsusilə də, erməni faşist xislətli toplumunun tarixin müxtəlif dövrlərində azərbaycanlıların və türklərin başına gətirdikləri müsibətləri, fəlakət və soyqırımıları unutmaqdan uzaqdır. Məhz “unutsaq, unudularıq” məsləhətinə əməl etdiyindəndir ki, xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi dönəmi ilə işğal altında olan torpaqlarımızı azad edə bildi. Artıq azadlığına qovuşan Qarabağda geniş quruculuq-abadlıq işləri həyata keçirilməkdədir. Yaxın vaxtlarda insanlar öz doğma yurdlarına qayıdacaqlar. Bu, faktdır ki, insanların qaldığı yurd həsrəti onları heç zaman tərk etmir. Əhalinin beynində həmişə bir inam işığı yanır: Biz bütövlükdə o yurdlara dönəcəyik. Budur, artıq zaman yetişib və insanlarımız 30 il həsrət qaldığı yurdlarına qayıtmağa hazırlaşır. O yurdlarda normal həyat bərpa olunub, insanlar yenidən yaşamaqda davam edəcəklər, ancaq ermənilərin insanlığa yönəlik əməlləri heç zaman unudulmayacaq. Ümumiyyətlə, tarixi faktlara və reallıqlara əsaslanaraq qeyd etmək olar ki, nəinki azərbaycanlılar, türk qardaşlarımız erməniləri vəhşi və barbar toplum kimi görür və qəbul edir, eləcə də əksər dünya xalqları da erməniləri vəhşi, mədəni dəyərlərdən və insanlıqdan uzaq olan toplum olaraq tanıyırlar. Bu barədə amerikalı tarixçi Con Uniston əsərlərinin birində ermənilər haqqında yazır: “Bura gələn ilk ermənilər fırıldaqçı, macəra axtaran olmuşlar. Onlar avantürist olmasaydılar, digər ölkələrdən ərazi qoparmaq xəyalında olub, “böyük hayastan" yaratmaq fikrinə düşməzdilər”.

Amerikalı tarixçinin də qeyd etdiyi kimi, harada erməni varsa, orda bəla, fəlakət və qətliamlar var. Təəssüf ki, bəzi aparıcı imperialist dövlətlər ermənilərin yaramaz xislətinə bələd olduqlarından onları özlərinin yaxınlığından uzaqlaşdırmaq üçün Azərbaycan ərazilərinə köçürmüşlər. Xüsusilə də, Rusiya imperiyası Cənubi Qafqazda qüvvətlənmək və özünün gələcək işğalçılıq planlarını reallaşdırmaqdan ötəri imzalanmış “Türkmənçay” və “Ədirnə” müqaviləsinin şərtlərinə görə erməniləri tez bir vaxtda İran və Osmanlı imperiyası ərazisindən bütöv şəkildə Azərbaycan ərazisinə köçürmüşdür. Rusiya və İran arasında 1828-ci il 20 martda imzalanmış “Türkmənçay” müqaviləsinin 15-ci maddəsinə görə Rus çarizmin təkidi ilə İran ərazisində yaşayan ermənilər tam şəkildə Azərbaycan ərazisinə köçürülməsi rəsmiləşdirilmişdir.

1829-cu il sentyabrın 2-də Osmanlı ilə Rusiya arasında imzalanmış “Ədirnə” müqaviləsinin 13-cü maddəsinə görə Osmanlı torpaqlarında yaşayan ermənilərin hamılıqla Azərbaycan torpaqlarına köçürülməsi təmin edilmişdir. Ermənilərin bu ərazinin yerli əhalisi deyil, gəlmə olduqlarını başqa xristian qaynaqları ilə yanaşı erməni mənbələri də sübut edir. “Türkmənçay” müqaviləsinin təsdiq edilməsinin ertəsi günü Rus çarı Nikolay “Erməni vilayəti” yaradılması barədə fərman verdi. 1827-ci ilin mayında Rus generalı Paskeviç Xüsusi tələbnamə əsasında ermənilər içində nüfuza malik olan polkovnik Lazaryevi (Qararos Lazaryan) öz sərəncamına alınması ilə köçürülmənin hazırlıq işlərinə başlandı. O, 1827-ci il oktyabrın 19-da Təbrizə komendant təyin edildi. Rus ordularının Təbrizə hücumu zamanı (13 oktyabr) Lazarevin çağırışından riqqətə gələn ermənilər xəyanət edərək Təbrizin darvazalarını rus ordularının üzünə açdılar. Beləliklə, işğalın baş tutmasına yardımçı oldular. Bu xəyanətkar toplum bu gün də ənənəsini davam etdirməkdədir. Bəzən belə təkliflər irəli sürülür ki, bəşəriyyətin rahat nəfəs alması üçün ermənilərin mövcudluğuna son qoymaq lazımdır. Təbii ki, indiki müasir dövrdə bu təklifi reallaşdırmaq bir qədər çətindir. Çünki ermənilərin fransızlar, ruslar, amerikanlılar kimi dəstəkçiləri, himayədarları var. Məhz bu himayədarlar ermənilərin terrorçu cani kimi at oynatmalarına imkanlar yaradırlar. Bu baxımdan, təhlükəli erməni terrorçularından qorunmaq üçün bizlər ehtiyatlı olmalıyıq. Məsəl var deyərlər, “qurdla dostluq et, amma çomağını yerə qoyma”. Bizlər ermənilərlə dost olmaqdan çox-çox uzaq olsaq da, işğaldan azad edilmiş ərazilərdə ara-sıra onlara rast gələcəyik. Bu halda əlimizdə “Bayraktar” və ya avtomat olmasa da, ən azı başı toppuzlu çomağı hazır tutmalıyıq. Hətərən-pətərən edərsə, həmin ermənilərin başlarını mütləq əzməliyik. Düzdür, bəzi ağzıgöyçəklər meydana çıxıb deyirlər ki, yenidən ermənilərlə münasibət qurmalı və vətəndaşlarımız olanlarla əlaqələr yaratmalıyıq. Deyən lazımdır, bəlkə yenidən “kirvə” olaq. Yenə də “Qıdı kirvə”lər qismində ermənilər məclislərimizdə peyda olub, çörəyimizi yesin, sonra da altdan-altdan koçaryanların, sarkisyanların sifarişlərini yerinə yetirmək üçün fəaliyyət göstərsinlər. Deyirəm, belə olsa, ulularımızın “tarixi dərslərdən nəticə çıxarın” məsləhətlərini qulaqardına vurmuş olarıq.

İ.ƏLİYEV