Onlayn qaydada bağçalara işə qəbul keçiriləcək - TƏHSİL NAZİRİ

1 Mart 2022 15:14 (UTC+04:00)

"Uşaqların bağçalara qəbulu ilə bağlı işlər davam edir". SİA xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, sentyabr ayı üçün qəbul onlayn qaydada mərkəzləşdirilmiş qaydada olacaq: "Xoşagəlməz halların aradan qaldırılmasına səbəb olacaq. Bu il vakansiyaların elan edilməsi və işə qəbul aparılacaq. Nümunəvi suallarla bağlı müəyyən dəyişikliklər olacaq. Novruz bayramından sonra ictimaiyyətə əlavə məlumat veriləcək".

Səbinə Hüseynli