Peyvənd olunmayan abitruyentlər imtahana buraxılmayacaq? - QURUM RƏSMİSİ AÇIQLADI

1 Mart 2022 14:17 (UTC+04:00)

Bildiyimiz kimi artıq ali təhsil müəssisələrinə qəbul imtahanlarına çox az bir vaxt qalıb. Lakin pandemiya şəraitində imtahanların necə təşkil olunacağı hər kəsi maraqlandıran amillərdəndir.

Dövlət İmtahan Mərkəzinin rəsmisi Xanlar Xanlarzadə SİA-ya açıqlamasında bunları deyib: "Ali təhsil müəssisələrinin qəbul imtahanlarında iştirak üçün heç bir imminutet sertifikatı, yaxud da covid-19 pasportu tələb olunmur. İmtahanda iştirak üçün iki səhifədən ibarət vərəq əldə edirlər. Burada birinci səhifə buraxılış vərəqəsindən, ikinci səhifə isə sağlamlıq haqqında bəyannamədən ibarət olur. İmtahanda iştirak üçün sağlamlıq haqqında bəyannamənin imzalanması kifayət edir.

Eyni zamanda imtahan günlərində hər hansı bir abitruyent covid-19-a yoluxarsa, bu zaman bizə müraciət etməlidirlər. Biz də məsələnin həqiqiliyini yoxlacağıq. Daha sonra isə həmin abitruyent təşkil olunacaq digər imtahanda iştirak edə bilər. Bundan əlavə imtahan iki mərhələdə təşkil olunacaq. Daha sonra isə hər iki imtahanın nəticələri toplanılacaq. İmtahanın birinci mərhələsi buraxılış imtahanı olacaq və maksimum 300 bal toplamaq mümkün olacaq. İkinci məhərlə isə iki dəfə keçiriləcək, burada isə toplanıla biləcək maksimum bal 400 olacaq”.

Səbinə Hüseynli