Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatından sonra Ukraynaya Avropa İttifaqına (Aİ) üzv olan 8 ölkədən dəstək gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çexiya, Bolqarıstan, Estoniya, Latviya, Litva, Polşa, Slovakiya və Sloveniya liderləri Ukrayna prezidenti Vladimir Zelenskinin Avropa İttifaqına üzvlük üçün rəsmi müraciətindən sonra birgə bəyanatla çıxış ediblər.
“Biz Aİ üzvü olan Çexiya, Bolqarıstan, Estoniya, Latviya, Litva, Polşa, Slovakiya və Sloveniyanın dövlət başçıları olaraq Ukraynanın Aİ üzvlüyünə layiq olduğuna tam inanırıq. Buna görə də biz Aİ-yə üzv dövlətləri Ukraynaya maksimum siyasi dəstək verməyə və Aİ institutlarına Ukraynaya Aİ-yə namizəd statusu vermək və üzvlük danışıqlarına başlamaq üçün təcili addımlar atmağa icazə verməyə çağırırıq. Biz bu kritik anda Ukrayna və onun xalqı ilə tam həmrəy olduğumuzu bir daha bəyan edirik" deyə açıqlama verilib.
Ləman Əlizadə