"Avroviziya" 2016-nın qalibi Camala iki uşağı ilə Ukraynadan Rumıniyaya sığınıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, sosial media hesabından paylaşım edən Camala, “Rusiyadan gələn işğalçıların Ukraynaya hücumundan 5 gün keçir. 24-də gecə uşaqlarla birlikdə Kiyevdən çıxdıq. Demək olar ki, 4 gün maşında düzgün yemək yemədən keçirdik. 4 saata təxminən 2 kilometr irəliləyə bildik. “Niyə?” deyə soruşa bilərsiniz. Bəli, milyonlarla qadın və uşaq hər şeyi, evlərini tərk edir. Arvadlarını arxada qoyub, uşaqlarını güllələrdən qorumaq üçün qaçır. Ukrayna böyük, gözəl və müstəqildir” deyib.
Evini tərk etmək məcburiyyətində qaldığını ifadə edən Camala, “Ən əsası, bu qanlı terroru anlamıram. Bu, tam olaraq terrordur. Bu terror məni Kiyevdəki evimdən ayırdı" dedi.
Ləman Əlizadə