Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

28 Fevral 2022 00:58 (UTC+04:00)

Türkiyədə yeni tip korona virusundan (Covid-19) fevralın 27-də 206 nəfər dünyasını dəyişib.

SİA xəbər verir ki, bir gündə 394 min 263 test edilib. Gündəlik yoluxma sayı 49.792-dir.

Son 24 saatda sağalanların sayı 69.845-dir.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi peyvənd sayı 145 milyon 537 min 442-yə yüksəlib.