"Rusiya Belarus ərazisindən Ukraynaya atəş açıb”

27 Fevral 2022 13:26 (UTC+04:00)

Lukaşenko Ukraynanın Belarus ərazisindən atəşə tutulduğunu etiraf edib

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə deyib.

“Münaqişə başlayandan Belarusun cənubundan 2-3 raket zərbəsi endirilib, çünki Kiyev sərhədə yaxın 3-4 raket batalyonu yerləşdirib”, – Belarus lideri qeyd edib.

O, Ukrayna şəhərlərini atəşə tutan rus diversiyaçılarına kömək etdiyini də etiraf edib.