Türkiyədə son gün ərzində yeni növ koronavirusdan (COVİD-19) 221 nəfər vəfat edib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 421 855 nəfər test edilib, 61 764 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 85 552 nəfər sağalıb.