"Instagram" Ramzan Kadırovun hesabını bağladı

27 Fevral 2022 00:32 (UTC+04:00)

"Instagram" Çeçenistan prezidenti Ramzan Kadırovun hesabını bağlayıb.

SİA xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Buna səbəb kimi, Çeçenistan liderinin Ukraynaya 12 minlik ordu göndərməsi göstərilir.

Qeyd edək ki, Ramzan Kadırovun 4,7 milyon Instagram izləyicisi var.