Hərəkət etmək vaxtıdır! - Kulesza

26 Fevral 2022 17:52 (UTC+04:00)

Polşa Futbol Federasiyasının prezidenti Sezari Kulesza deyəcək bir sözü olmadın bildirib. "Deyiləcək heç bir söz yoxdur, hərəkət etmək vaxtıdır! Polşa Rusiya ilə Dünya Çempionatının pley-off matçı keçirməyəcək".

SİA xarici mətbuata istinadən xəbər verir ki, Bavariyanın polşalı ulduzu Levandovski də onu dəstəkləyib: "Bu, çox düzgün qərardır! Ukraynaya qarşı silahlı hücumlar davam etdikcə Rusiya ilə oyun keçirməyi ağlıma belə gətirə bilmirəm. Bunun üçün rusiyalı futbolçular və azarkeşlər məsuliyyət daşımır, amma heç nə baş verməmiş kimi hərəkət edə bilmərik" şəklində açıqlama verib.

Ləman Əlizadə