Məşhur türk tarixçi İlber Ortaylı Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı mühüm açıqlamalar verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, mövcud vəziyyətin "kimlik mübarizəsi" olduğunu ifadə edib və proses tarixən müzakirə olunub.
Ortaylı: "İndi hamı deyir ki, Rusiya Aralıq dənizinə çatıb. Latakiyada, Suriyada, Liviyada... Son 40 ildə Türkiyə ilə Rusiya arasında siyasi və ticari əlaqələr həqiqətən inkişaf edib və bunların ayrı-ayrılıqda müzakirə və təhlil edilməsi lazımdır. Heç nə gözləməyin. Türkiyə dayansa, o bölgə də dayanacaq. Bu iki ölkənin hərbi vəziyyəti də bir-birinə çox yaxındır”.
Ayşən Vəli