Rusiya Ukrayna müharibəsi nəzarətdən çıxdı

26 Fevral 2022 18:22 (UTC+04:00)

Rusiya Ukrayna müharibəsi hər keçən dəqiqə daha şiddətli hücumların reallaşması ilə böyüyür. SİA xarici mətbuata istinadən xəbər verir ki, fevralın 24-ü səhər saatlarında Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə başlayan əməliyyat təkcə Donbassla məhdudlaşmayıb. Rus ordusu şimaldan paytaxt Kiyevə doğru irəliləməyə başladı.

Ukrayna ordusu rus ordusuna müqavimət göstərməkdə çətinlik çəkdiyi halda, ölkədə hərbi vəziyyət və səfərbərlik elan edilib. 18-60 yaş arası kişilərin ölkədən çıxışı qadağan edilərkən, çörək paylama məntəqələri kimi silah paylama məntəqələri yaradılıb. Xalq öz ov tüfəngləri ilə paytaxt ətrafındakı küçələrdə rus ordusuna müqavimət göstərməyə çalışır.

Rusiya Ukrayna müharibəsinin 3-cü gününə girərkən son dəqiqə açıqlamaları gəlməyə davam edir. Zelenski növbəti dəfə Putinə və Rusiyaya meydan oxudu. Ukrayna Müdafiə Nazirliyi Rusiyaya dəyən zərərin balansını açıqlayıb.

Agentliklər son anda Melitopol şəhərinin də rus ordusu tərəfindən tutulduğunu oxucuları ilə bölüşüblər. Ukrayna Səhiyyə Nazirliyi 3-ü uşaq olmaqla çoxlu sayda mülki vətəndaşın öldüyünü açıqlayıb. Rus ordusu Lyivdə desant çıxardı, lakin geri çəkildi. Xersonda rus hərbi karvanı məhv edilib.

Sonuncu xəbərə görə, Fransız ordusu La-Manş boğazında rus gəmisinə müdaxilə edib. Rus ordusunun Lvova enişindən sonra təhlükəli saatlar yaşanır. Hamı sığınacaqlara aparıldı, sirenalar çalınır.

Ayşən Vəli