Atılan bu addımlar yeni mərhələnin başlanğıcıdır - MÜNASİBƏT BİLDİRİLDİ

26 Fevral 2022 14:48 (UTC+04:00)

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiyada ölkənin kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. Bu görüş həmin ölkənin media aləmində önəmli hadisə idi. Prezidentə ünvanlanan suallar və onun cavabları ilə bağlı ortaya çıxan nüanslar üzərində çoxlu təhlillər aparmaq mümkündür. Hansı ki, Rusiya-Azərbaycan münasibətlərininin gələcəyi ilə bağlı suallara cavab tapdılar". Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev bildirib.

Onun sözlərinə görə, bu cavablar Ukrayna hadisələri zamanı Rusiya-Azərbaycan münasibətlərinin pozulacağını gözləyən dairələrə bir mesaj oldu: "Həmçinin iki ölkənin 30 il ərzində münasibətlərinin hansı nöqtədə olduğuna dair müəyyən mesajlar verdi. Xüsusilə indiki şəraitdə Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatına üzvlüyü ilə bağlı ünvanlanmış suallara aydınlıq gətirildi. Bir çox dairələrdə bir sıra rəylər formalaşmışdır ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünün müharibə yolu il bərpasını, Azərbaycanın mövqeyini dəstəkləyirsə o zaman Azərbaycan KTMT-yə və Rusiyanın dominat olduğu təşkilatlara niyə üzv olmasın. Prezidentin cavabı bu mövzuya xeyli aydınlıq gətirdi.

Digər dərəfdən isə Ukrayna hadisələri ilə bağlı Prezidentin mətbuat konfransıda bildirdiyi fikirlər də gözlənilən idi. Ona görə ki, hər kəsin bu hadisə ilə müəyyən dərəcədə birbaşa və dolayı yolla əlaqəsi var. Ona görə də, Prezident cavabları ilə ölkəmizin mövqeyini daha aydın ifadə etdi. Burada baş verən hadisələrin sabahını daqiq şəkildə proqnozlaşdırmaq mümkünsüzdür.

Həmçinin Azərbaycanın və Rusiyanın qaz satışı ürzə strateji kursların kordinasiyasının təşkil olunması ilə bağlı Prezidentinin verdiyi təklif olduqca dəyərlidir. Çünki Avropa ölkləri ilə Rusiya arasında qaz məsələsinə görə gərgin münasibətlər yaranıb. Gələcəkdə bu münasiətlərin necə olacağı ilə proqnozlar qeyri-müəyyəndir. Azərbaycanın və Rusiyanın strateji müttəfiqlər mövqeyinə keçməsi qaz satışı sahəsinin koordinasiya olunmasını tələb edir. Düşünürəm ki, Azərbaycana verilən bu təklif də tam adekvatdır. Bundan əlavə Rusiyadan Ermənistana verilən bir sıra mesajlar da xüsusi diqqət cəlb edir. Ermənistanın mina xəritələrini verməməsi, azərbaycanlıların dəfn oldunduğu kütləvi məzarlıqların yerinin gizlədilməsi, itkin düşmüş şəxslərlə bağlı informasiyaların verilməməsi ilə bağlı verilən mesajlar, əlbəttə ki, önəmlidir. Bu cür mesajların Rusiya tərəfdən verilməsi Ermənistana olan təzyiqləri artmasına çağırış kimi də qəbul olunur. Azərbaycan və Rusiya arasında müttəfiqlik münasibətlərinin qurulması Moskva səfərinin ən böyük və uğurlu nəticəsi kimi qiymətləndirilir. Bu müttəfiqlik bəyannaməsi ölkənin xeyrinədir.

Digər tərəfdən Azərbaycanın Rusiya və NATO-ya üzv olan Türkiyə ilə strateji müttəfiqlik münasibətləri içində olması ölkənin həm tarazlığına, həm də təhlükəsizliyinə əlavə təminatlar yaradır. Prezidentin Moskva səfərində Rusiya-Azərbaycan münasibətləri ilə bağlı atılan addımlar yeni bir mərhələnin başlanğıcıdır”.