Kiyev Bələdiyyə sədri Kliçko boks üzrə çempion olan qardaşı Vladimir Kliçko ilə birlikdə Rusiyanın qanlı işğalına qarşı Ukraynanı silahla müdafiə edəcəklərini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kliçko çıxışında “Başqa seçimim yoxdur. Bunu etməyə məcburam, döyüşəcəm" deyib.
Kiyevin böyük təhlükə altında olduğunu qeyd edən 50 yaşlı Kliçko şəhərdəki kritik əhəmiyyətli infrastrukturun müdafiəsi üçün ordu ilə birlikdə hərəkət etdiyini bildirib. “Mən Ukraynaya və xalqıma inanıram” deyən Kliçko bütün kiyevlilərin şəhəri müdafiə etməyə hazır olduğunu açıqlayıb.
Ləman Əlizadə