Qumar vaxtı bəziləri öz arvadını və qızını uduzur - ARAŞDIRMA

25 Fevral 2022 19:05 (UTC+04:00)

Oynayana qazanc və ya zərər gətirən hər cür şans oyunu qumar adlanır. Günümüzdə isə gizli yollarla bu oyunu oynayanların sayı kifayət qədərdir. Qumar bir çox ailənin sonu və ya boşanma səbəbidir. Bu qurtulması çətin olan bir aludəçilikdir. Yaşından asılı olmayaraq, xüsusilə də kişilər bu oyun tiplərinə xüsusi maraq göstərir.

İnsanlar yalnız qazanmaq ümidi ilə qumar oynamırlar. Psixoloq Mark Griffiths deyir ki, qumarbazların bu vərdişlərin arxasında müxtəlif motivlər var.

Pul, əyləncə, həyəcan

5500 qumarbaz üzərində aparılan araşdırmada ən böyük motivasiyanın "çox pul qazanmaq" olduğu görülüb. Lakin bundan dərhal sonra “əyləncəli” və “həyəcan” faktorları qeyd olunub.

Griffiths deyir ki, "qumarda uduzduğunuzda belə, bədəniniz hələ də adrenalin və endorfin istehsal edir, bu da sizə həyəcan verir, bir növ "pul əyləncə alır" deyir.

2009-cu ildə Stanford Universitetində aparılan bir araşdırma, insanların 92 faizinin "uduzma həddi"nə sahib olduğunu və bundan kənara çıxmayacağını, lakin qumarda pul itirmələrinin onların əyləncəsinə çox da təsir etmədiyini göstərdi.

İngiltərədəki təcrübələr göstərdi ki, əgər qumarbaz udmaq gözləntilərini aşağı səviyyədə saxlayırsa, qalib gəldikdə onların reaksiyası da daha böyük olur. Bu, həm onların öz hisslərini ifadə etmələri baxımından, həm də beyin taramalarında belə idi.

Rutledge deyir: "İnsan bir müddət uduzduqda, gözləntiləri aşağı olur, buna görə də sonradan qazandıqda xoşbəxtlik reytinqi yüksəlir".

Elektron oyun maşınlarının oyunçular üzərində təsiri ilə bağlı araşdırmalar aparan Griffiths, slot maşınlarının da insanları manipulyasiya edən cəhətlərinin olduğunu, məsələn, qırmızı kimi cəlbedici rənglərin istifadə edildiyini və çıxardıqları səslərin oyunçuları daha çox oynamağa təşviq etdiyini söyləyir

Patoloji qumarbazlar üçün önəmli olan mükafatdan çox, mükafatın artıqlaması və ya hansı qumarda udduqlarıdır.

Griffiths İngiltərədəki oyun maşınlarına da bir misal gətirir: bunlar oyunçunu ilkin qoyulan puldan daha çox mükafat təklif edərək daha uzun müddət oynamağa təşviq etmək üçün qurulub. Bəzi oyunçular bunu bildiklərinə görə, lazımi anda maşında olmağı təşkil etməyə çalışırlar.

Bütün bunlar göstərir ki, qumar əslində udmaq üçün deyil. Lakin xəstəlik səviyyəsindəki qumar oyunları bu qədər sadə izah edilə bilməz. Bu asılılığın yaranmasının səbəbləri çox müxtəlif ola bilər.

Şans oyunları ilə pul qazanmaq istəyənlər üçün riskli alternativ olan kazinolar 1998-ci ildən Türkiyədə qadağan edilib və bağlanıb. Mənfi nəticələrə səbəb ola biləcəyi üçün bu tip oyunları tövsiyə edilmir. Şans oyunları oynamaq istəyənlər və kazinoların qadağan olunmadığı ölkə və şəhərlərlə maraqlananlar üçün bu ölkələri təqdim edirik:

Şimali Kipr Türk Respublikası

Şans oyunları oynamağın qanuni olması səbəbindən Türkiyədən çox sayda turistin ziyarət etdiyi Şimali Kiprdə bir çox kazinolar var. KKTC Türkiyə vətəndaşlarından pasport və ya viza tələb etmir. Rocks, Cratos və Merit adanın məşhur kazinolarıdır.

Yunanıstan

Yunanıstan və Yunan adaları da şans oyunları oynamaq istəyənlərin getdiyi yerlər sırasındadır. Türkiyə ilə mədəni fərqlərin çox olmadığı Yunanıstanın gecə həyatı ilə məşhur olan Afina kimi paytaxtı, Mykonos və Santorini kimi bir çox əyləncə adaları var.

Batum

Son illər şans oyunları oynamaq üçün Gürcüstanın Batumi şəhərinə gedənlərin 75%-dən çoxunun Türkiyədən gəldiyi məlumdur. Türkiyədən Batumiyə keçərkən yalnız şəxsiyyət vəsiqəsi və çox aşağı ödəniş tələb olunur.

Monte Karlo

Monakonu zəngin şəhər-dövlətə çevirən xüsusiyyətlərdən biri də kazinolardır. Monte Karlo şəhərində möhtəşəm strukturları ilə çoxlu kazinolar var. İnsanların çoxu gözəl mühiti görmək üçün qapısında məşhur avtomobil markalarının olduğu Monte Karlo oyun zonasına gəlir. Buradakı kazinoları böyük və kiçikə bölə bilərik. Böyüklərdə, həqiqətən zənginlər, giriş haqqı ilə oynayır.

Makedoniya

Balkanlarda ən çox seçilən kazinoların Makedoniya olduğunu söyləyə bilərik. Xüsusilə Skopyedə gecə həyatı və şans oyunları turizmi də inkişaf edib.

Makao

Bir çoxunuza Çində, Uzaq Şərqin ürəyində belə məşhur qumar şəhəri yaratmaq maraqlı ola bilər, lakin dünyanın ən məşhur kazinolarının əksəriyyəti buradadır. Venesiya Makaosu həm otel otaqları, həm də oyunları ilə məşhurdur.

Las Vegas

Qumar dedikdə ağıla ilk gələn yer səhrada tikilmiş onlarla kazino və əyləncə məkanları ilə məşhur olan Las Veqasdır. Əyləncəli, oynayan və 24/7 əfsanəvi binaları olan dövlət. O, həm də Hollivud filmlərinin ən çox baxılan məkanlarından biridir. Rio All Suite Hotel və Casino, Bellagio və GM Grand Casino Las Vegasdakı ən yaxşı kazinolardır.

Dünyanın ən məşhur qumar şəhərləri:

1-Las-Veqas-Nevada-ABŞ

2-Makao-Çin

3-Atlantik Siti-Nyu Cersi-ABŞ

4-Monte Karlo-Monako

5-Reno-Nevado-ABŞ

6-London-İngiltərə

7-Sinqapur

8-Aruba-Karib dənizi

9-San Juan-Puerto Riko

10-Kipr

Azərbaycanda isə qumar oyunları oynamaq qadağandır. Belə ki, Milli Məclisin iclasında III oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində bu məsələ əksini tapıb.

Dəyişikliyə əsasən, qumar oynamağa görə oyun ləvazimatı, həmçinin qumar oyunu nəticəsində mərc qismində verilmiş (ödənilmiş) pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə 5 min manat məbləğində cərimə tətbiq olunacaq.

Hazırda qüvvədə olan qanuna görə, qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə 400 manatdan 600 manatadək məbləğdə cərimə tətbiq olunur.

SİA məsələ ilə bağlı araşdırma apararaq psixoloq və din xadimlərinin fikirlərini öyrənib:

Din xadimi Mircəfər Eyyubov: “Dinimizdə qumar oynamağın hökmü günah və haramdır. Bunun əsası Qurani-Kərimin Maidə surəsinin 90-91-ci ayələrindən götürülüb. Belə ki, Maidə surəsinin 90-cı ayəsində Allah Təala qumarın şeytan əməli olduğunu qeyd edir, qumardan uzaq qalmağı vacib sayır, qumar oynamağı bütpərəstliklə, spirtli içkilər qəbul etməklə eyni səviyyədə sayır. Maidə surəsinin 91-ci ayəsində isə qumarın haramlığının hikmətlərindən birini qeyd edir. Buyurur ki, şeytan qumar vasitəsilə aranıza nifaq, düşmənçilik toxumu səpir. Ona görə də ondan uzaq olun. Bu həqiqətən də belədir. Qumar psixoloji olaraq insanı əsəbiləşdirən, tamahkar edən, daha çox qazanc əldə etməyə sövq edən bir oyundur. Təsadüfi deyil ki, Qurani-Kərimdə qumar oynamaq məysir adlanır və məysir də asan gəlir əldə etməkdir.

Qumarbaz çox asanlıqla kiminsə bütün varidatını, hətta bəzi hallarda ifrata varan hallarda ailəsini, əzizlərini belə ondan ala bilir və bizim İslami hədislərdə deyilir ki, qumarbaz həmişə uduzur. Udan qumarbaz da, uduzan qumarbaz da uduzur. Çünki, uduzan qumarbazın uduzması məlumdur. Udan qumarbaz isə növbəti qazanclar əldə etməyə səy göstərdiyi üçün qarşı tərəfin qürura toxunan tənələrini eşitdiyi üçün daim qumar oynamağa cəlb olunur. Qumar oynamağa cəlb olundusa təbii ki, həmişə uda bilmir, yenə də uduzmağa məhkum olur, əsəbiləşir, əsəbləşdikcə əsəblərini qumar qələbələri ilə həmişə təmin edə bilmədiyi üçün içkiyə, narkotik maddələrə, əxlaqsız hərəkətlərə qurşanır. Bir sözlə qumar ev yıxan bir əməldir.

Dinimizdə qumar nəyə deyilir? Qumar şərtli şəkildə qurulan oyunlara deyilir. Yəni, iki şəxs şərtləşir ki, “əgər mən udsam sən mənə bu qədər nəsə verəcəksən, sən udsan mən sənə verəcəm”. Bu qumardır və haram adlanır. İstənilən oyun şərtli olsa qumar adlanır və haramdır. Əlbəttə şəriətimizdə iki istisna qoyulub. Biri ox atmaq, biri də at çapmaq. Yarışları qumar şərti də olsa haram deyil. Təbii ki, səbəblərindən biri odur ki, onlar insanların hərbi inkişafına səbəb olan əməllərdir. Bunlar insanın çevikliyinə səbəb olan əməllərdir. Ona görə də ox atmaq və at çapmaq bir şərtlə ki, insan özü onda iştirak etsin. Yəni, başqa ox atanın yarışına pul qoyub oynamaq halal deyil, ya başqası at çapırsa mən o yarışa pul qoyum oynayım o da halal deyil. Özüm ox atıramsa və ya özüm at çapıramsa şərtləşib oynaya bilərəm. Bu istisnalardan başqa bütün şərtli oyunlar qadağan olunur və haram sayılır”.

Psixoloq Zeynəb Eyyubova: “Alüdəçilik yaradan bütün problemlər insanın yaşam tərzinə və psixologiyasına mənfi təsir edir. Burada məsələyə iki aspektdən yanaşmaq lazımdır. Birincisi, insan özü fərqindədirmi ki, onun qumar alüdəçiliyi var? İkincisi isə bu gün dünyada qumarı elitar təbəqənin əyləncəsi kimi ortaya qoyurlar. Günümüzdə qumara elitar təbəqənin əyləncəsi kimi baxılır. Əgər insanlarda bu anlayışı dəyişsək, qumarın mənfi təsirini anlatsaq bəlkə onları maarifləndirmək olar".

Sosioloq Əhməd Qəşəmoğlu: "Qumar oynamaq günahdır və İslam dinində də qadağan olunub. Yəni, qumar elə bir şeydir ki, insan orada hiylə işlədir, kimisə aldadır.

Qumar insanın daxilində idarə olunmayan hisləri hərəkətə gətirir. İnsan öz iradəsinə zidd hərəkətlər edir. Tamah deyilən faktor da daha da güclənir.

Daha sonra insan uduzanda psixoloji sarsıntı keçirir. Udan zaman isə şirnikir. Bunların hər biri normal davranış qaydalarını pozur. Ona görə qumar oynamağa harada yol verilirsə böyük səhv edilir. Həmçinin qumarın bir çox qaydaları var. "Topaz" da buraya daxildir. Bunlar hamısı qumardır. Belə halların cəmiyyətdə yayılması çox xoşagəlməz haldır.

Qumar oynayan insanlara min illər boyu bütün dahilər keyfiyyətsiz insan kimi baxır. Qumar vaxtı bəziləri öz arvadını və qızını uduzur. Buna görə harada ki sənin o tamahkarlıq faktorunu inkişaf etdirən oyunlar varsa, bunlar hamısı qumardır.

Mən, ümumiyyətlə qumar əlamətləri olan oyunların qadağan olunmasının tərəfdarıyam. Bu oyunlar olduqca cəmiyyətdə xoşagəlməz hallar formalaşır və mənəvi dəyərlərə ziyan vurulur".

Ayşən Vəli