Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Gədəbəy rayonunun Zəhmət kənd tam orta məktəbində anım mərasimi keçirilib.
SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, mərasimdə çıxış edən şagirdlər bütün gəncləri qan yaddaşımızı unutmamağa çağırıb və bildiriblər ki, biz tarix boyu xalqımızın başına gələn faciələri unutmamalıyıq.
Xocalı faciəsinin 30 illiyi ilə bağlı təşkil edilən mərasimdə çıxış edən müəllimlər isə bu cür tədbirlərin məktəblərdə təşkil edilməsinin vacibliyini diqqətə çatdıraraq qeyd ediblər ki, gənc nəsil keçmiş tarixdə xalqımızın başına gətirilən faciələri unutmamalıdır. Şagirdlər qan yaddaşımızı dərindən dərk etməli və gələcək nəsillərə çatdırmalıdırlar.
Sonda məktəblilər 44 günlük vətən müharibəsində əldə edilən zəfərdən danışıb və qalib xalqın nümayəndələri kimi qürur duyduqlarını söylüyüblər.