Lvov Gömrük İdarəsinin rəisi 18-60 yaş arası kişilərin Ukraynadan çıxmasına icazə verilməyəcəyini açıqlayıb. SİA- nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiyanın Ukraynaya hücumlarından sonra ölkədəki dinc sakinlər ölkəni tərk etməyə başlayıb. Ölkənin qərbində, Polşa ilə sərhəddə yerləşən Lvov şəhərinin Gömrük İdarəsinin rəisi Daniil Menşikov ölkədə elan edilən hərbi vəziyyət qaydalarını xatırladaraq bildirib ki, hərbi vəziyyətlə əlaqədar 18-60 yaş arası kişilər ölkəmizdən kənara buraxılmayacaq: " Xahiş olunur panikaya düşməyin və icazəsiz sərhədləri keçməyin”.
Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyi və Ukrayna Daxili İşlər Nazirliyi Rusiyanın Ukraynaya hücumundan sonra əli silah tutan bütün Ukrayna vətəndaşlarına silah paylanacağını açıqlayıb.
Günay İsmayıllı